RU

Gürcüstan Avronestlə əməkdaşlığı dayandırdı - "Avroparlamentin əlində şantaj, təzyiq vasitəsinə çevrilib"...


Bu gün çox təəssüf ki, Avropa Parlamenti Avropa İttifaqının digər İnstitutları kimi Avronest platformasını da şantaj və təzyiq vasitəsinə çevirib. Bu fikirlər Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin Avronest Parlament Assambleyasının qətnamələrinə cavab bəyanatında əksini tapıb.

Bəyanatda qeyd olunur ki, bəzi avroparlamentar deputatlar qətnamələrin mətnlərinə Gürcüstan cəmiyyəti üçün tamamilə qəbuledilməz və qıcıq doğuran qeydlər əlavə ediblər: "Qətnamələrdən birində 2024-cü ilin parlament seçkiləri “saxtalaşdırılmış”, xalq tərəfindən seçilmiş hakimiyyət isə “özünü elan etmiş” adlandırılır. Həmçinin, polis əməkdaşlarına və dövlət institutlarına hücum etmiş, barələrində məhkəmənin ittihamedici hökmləri çıxarılmış şəxsləri “siyasi məhbuslar” kimi təqdim edir ki, bu da qanunun aliliyinin prinsiplərinə ziddir".

Ş.Papuaşvilinin sözlərinə görə, Avropa Parlamentində bu qüvvələrin düşmənçilik və dar düşüncəli yanaşmasını nəzərə alaraq, Gürcüstanın Daimi Parlament Nümayəndəliyi Avronestin gələcək sessiyalarında iştirak etməyəcək.

"Gürcüstan Şərq Tərəfdaşlığı təşəbbüsünə həmişə konstruktiv, səmərəli və əhəmiyyətli töhfə verib. Avropa Parlamenti konstruktiv dialoq üçün müvafiq şərait yaradarsa, Gürcüstan parlament nümayəndə heyəti yuxarıda qeyd olunan "Şərq Tərəfdaşlığı"nın parlament platformasına yenidən qoşulmağa hazır olacaq" - deyə, Papuaşvili bildirib.

ZÜMRÜD

Избранный
43
1
baki-xeber.com

4Источники