Bakı.Trend:
Balıqçılıqla bağlı elektron uçotun yaradılmasıplanlaşdırılır.
Bunu Trend-əmüsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyətgöstərən "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsindirektoru Ceyhun Əliyev deyib.
O qeyd edib ki, əsas məqsəd balıqçılıq sahəsində fəaliyyət göstərənsubyektlərin fəaliyyətinin şəffaflaşdırılmasıdır.
"Digər proses isə akvakultura təsərrüfatlarının istehsalatınındayanıqlığını təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyitərəfindən növbəti illərdə sahibkarlara subsidiya və dəstəkmexanizmlərinin hazırlanmasıdır", - deyə o qeyd edib.