RU

“Liverpul”dan daha bir antirekord

“Liverpul” İngiltərə futbolunda uğursuz nəticələri sıralayır.

"Football-plus.az" xəbər verir ki, İngiltərə Liqa Kubokunda “Kristal Pelas”a 0:3 hesabı ilə uduzan komanda daha bir antirekord müəyyənləşdirib. Bu nəticə “Liverpul”un son 91 ildə evdəki ən ağır kubok məğlubiyyətidi. “Qırmızılar” sonuncu dəfə bu hesabla 1934-cü ildə “Bolton”a qarşı İngiltərə kubokunda uduzublar.

Qeyd edək ki, “Liverpul” bütün turnirlərdə son 7 oyunda 6 dəfə məğlub olub. Arne Slotun komandası bundan əvvəl premyer-liqada ardıcıl dörd, Çempionlar Liqasında isə iki oyundan birində uduzub.

Избранный
9
3
football-plus.az

4Источники