AZ

"Liverpul"dan daha bir antirekord

style='margin-bottom:10px;'>

İngiltərə Liqa Kubokunun 4-cü turunda doğma meydanda “Kristal Pelas”a 0:3 hesabı ilə uduzan "Liverpul" daha bir antirekord müəyyənləşdirib.

QOL.az "Opta"ya istinadən xəbər verir ki, bu nəticə “Liverpul”un son 91 ildə evdəki ən ağır kubok məğlubiyyətidir.

Sonuncu dəfə “qırmızılar” bu hesabla 1934-cü ildə “Bolton”a qarşı İngiltərə kubokunda uduzublar.

Qeyd edək ki, bu, “Liverpul”un bütün turnirlərdə son yeddi oyunda altıncı məğlubiyyəti olub. Arne Slotun komandası bundan əvvəl Premyer Liqada ardıcıl dörd, Çempionlar Liqasında iki görüşdən birində uduzub.

Seçilən
6
2
teleqraf.com

3Mənbələr