RU

Süni intellekt dövrü başlayır: Qlobal nəhənglər on minlərlə işçini ixtisar edi

Banco.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

Dünyada iri şirkətlər zəif iqtisadi perspektivlər və süni intellekt əsasında avtomatlaşdırmanın genişlənməsi fonunda kütləvi ixtisarlara başlayıblar.

Banco.az xəbər verir  ki, iqtisadi qeyri-müəyyənliklərə baxmayaraq, süni intellektə milyardlarla dollar sərmayə yatıran şirkətlər bu texnologiyaların gətirdiyi məhsuldarlıq artımı səbəbindən minlərlə korporativ vəzifəni ləğv edirlər.

Ekspertlərin fikrincə, süni intellektlə avtomatlaşdırılmış iş mühitinə keçid xüsusilə ağ yaxalı işçilərin vəziyyətini çətinləşdirir. Artıq bir çox ofis və idarəetmə sahələrində insan əməyinin yerini alqoritmlər tutur. Mavi yaxalı və texniki peşələrdə isə hələlik nisbətən sabitlik qalır.

Durğun istehlak tələbi, artan xərclər və zəif artım perspektivi ilə yanaşı, AI əsaslı məhsuldarlıq hədəfləri ixtisar proseslərini daha da sürətləndirib. Təkcə oktyabr ayında ABŞ-da 25 min, Avropada isə 20 mindən çox insan işini itirib.

İxtisar dalğasına bir çox qlobal nəhənglər də qoşulub:

"UPS" bu il 48 min nəfəri işdən çıxarıb. Şirkət üçüncü rüb hesabatında əməliyyat işçi qüvvəsinin əhəmiyyətli dərəcədə azaldığını bildirib.

"Amazon" səmərəliliyi artırmaq məqsədilə 14 min korporativ vəzifəni ləğv edəcək.

"Nestlé" iki il ərzində 16 min iş yerini ixtisar etməyi planlaşdırır.

"Accenture" süni intellektin inteqrasiyası və tələbatın azalması səbəbindən yenidən strukturlaşma mərhələsinə daxil olub.

"Novo Nordisk" 9000 nəfəri işdən çıxarmaq niyyətindədir.

"Microsoft" bu ilin iyulunda işçi qüvvəsinin 4 faizini ixtisar edəcəyini açıqlayıb.

"Meta" isə ötən həftə süni intellekt bölməsində 600 işçini işdən azad edəcəyini bildirib.

İqtisadçılar hesab edirlər ki, bu proses yaxın illərdə də davam edəcək və AI əsaslı iqtisadi model insan əməyinə olan tələbi əhəmiyyətli dərəcədə dəyişdirəcək.

Yeni dövrdə “işdən çıxarılmamaq üçün” insanlar süni intellektlə rəqabət aparmaq yox, onu idarə etməyi öyrənmək məcburiyyətində qalacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
88
1
banco.az

2Источники