RU

“Voice of Kongo”nun nümayəndəsi: Düşünürəm ki, “müstəmləkəçilik” sözünü lüğətimizdən çıxarmağın vaxtı çatıb

Bakı, 31 oktyabr, AZƏRTAC

Burada, Bakıda olmağımın məqsədi Belçika müstəmləkəçiliyinin nəticələrinin aradan qaldırılmasında medianın rolunu müzakirə etməkdir. Keçmişdə müstəmləkəçilər mediaya nəzarəti ələ almışdılar, çünki onun gücünü anlayır və istədikləri kimi yönləndirə bilirdilər. Lakin Bakı Təşəbbüs Qrupunun bu konfransda təşviq etdiyi oyanış bizə nəhayət azad və müstəqil medianı gücləndirməyə imkan verir.”

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Voice of Kongo” onlayn media qurumunun nümayəndəsi Sedrik Onduye səsləndirib.

Sedrik Onduye əlavə edib: “Biz bu insanlar tərəfindən maliyyələşdirilmədiyimiz üçün bu tədbiri qaçırmaq istəmirik. Media informasiya üzərində hakimiyyətə malikdir. Bakıda təşkil olunan bu tədbir bizə daha çox söz demək imkanı verəcək. Hesab edirəm ki, artıq “müstəmləkəçilik” sözünü xalqımızın lüğətindən çıxarmağın vaxtı çatıb”.

Избранный
28
2
azertag.az

3Источники