RU

İsraildə genişmiqyaslı etiraz aksiyaları keçirilib

İsraildə təxminən 200 min ultra-pravoslav yəhudi hərbi xidmətə qarşı Qüds küçələrinə çıxaraq etiraz aksiyası keçirib.

QHT.az xəbər verir ki, etirazçılar dindar tələbələri hərbi xidmətdən azad edən qanunun qorunmasını tələb ediblər. Aksiya yanğınlar, yol bağlamalar və polis toqquşmaları ilə müşayiət olunub. Təxminən 2000 təhlükəsizlik əməkdaşı əməliyyata cəlb edilib, 15 yaşlı bir gənc damdan yıxılaraq həlak olub. Etirazlara səbəb İsrail Ali Məhkəməsinin dindar tələbələr üçün güzəştlərin qüvvədən düşməsi barədə qərarı olub. Baş nazir Benyamin Netanyahu bu qrupu hərbi xidmətdən azad edən yeni qanun layihəsini təqdim edəcəyini bildirsə də, sənəd hələ qəbul olunmayıb.

Hazırda ölkədə 1,3 milyon ultra-pravoslav yəhudi yaşayır, onlardan təxminən 66 mini hərbi xidmətdən azad olunub.

 

R.İmanov

Избранный
27
qht.az

1Источники