RU

Lukaşenko: "Belarus müharibəyə qoşulmayacaq"

Belarus kənardan təcavüz olmadığı təqdirdə müharibəyə qoşulmayacaq.

"Report"un BELTA-ya istinadən verdiyi məlumata görə, bu barədə ölkə Prezidenti Aleksandr Lukaşenko bəyan edib.

"İndi elə qeyri-müəyyən zamandır ki, tab gətirmək lazımdır", - o bildirib.

A.Lukaşenko vurğulayıb ki, Belarus ölkə təhlükə altında olmadığı təqdirdə müharibələrə qoşulmaq niyyətində deyil:

"Biz müharibə istəmirik və əgər bizə toxunulmazsa, biz müharibəyə qoşulmayacağıq, bunu sizə vəd edirəm. Bu, məhz prezidentin və hakimiyyətin əsas vəzifəsidir".

"Cebheinfo.az" 

Избранный
6
4
cebheinfo.az

5Источники