
Livan İsraillə müharibə vəziyyətinin başa çatdırılmasında maraqlıdır və işğal olunmuş ərazilərdən İsrail qoşunlarının çıxarılması üzrə danışıqlara hazırdır.
AFN.az xəbər verir ki, bu açıqlamanı Livan prezidenti Cozef Aun bildirib. Açıqlama Beyrutdakı Baabda sarayında Almaniya xarici işlər naziri Yohann Vadeful ilə görüşdən sonra verilib.
Prezident deyib: “Biz İsrail işğalının sona çatdırılması üzrə danışıqlara hazırıq, lakin bu, qarşılıqlı iradə tələb edir. İsrail isə hələlik çağırışlarımıza cavab vermir və hücumlarını davam etdirir”.
Aunun sözlərinə görə, İsrailin davranışı göstərir ki, aqressiv kurs onun əsas seçim olaraq qalır.