ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu barədə Ukraynanın ingilisdilli "Kyiv Post" qəzeti həmin ölkələrdəki mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu proses tədrici şəkildə 2026-cı il ərzində də həyata keçiriləcək. "Vaşinqton belə bir addım atmasına səbəb Avropanın NATO öhdəlikləri çərçivəsində öz hərbi xərclərini, beləliklə də, müdafiə qabiliyyətini artırmasıdır", – qəzetin müsahibləri söyləyiblər. ABŞ-nin adları çəkilən Şərqi Avropa ölkələrindən hansı sayda əsgərini çıxaracağı isə hələlik məlum deyil. Xatırladaq ki, ötən günlərdə Rumıniyanın Müdafiə Nazirliyi ölkədəki ABŞ hərbi kontingentinin 1700-dən təqribən 1000 əsgərə endirildiyini vurğulayıb. Nazir İonuț Moșteanu nun verdiyi məlumata əsasən, Vaşinqton Avropadakı qoşunlarının sayını azaltmaqla hazırda əsasən Hind-Sakit okeanı regionuna diqqət ayırır. Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.