Bu barədə Ukraynanın ingilisdilli "Kyiv Post" qəzeti həmin ölkələrdəki mənbələrə istinadənməlumatyayıb. Bildirilib ki, bu proses tədrici şəkildə 2026-cı il ərzində də həyata keçiriləcək.
 "Vaşinqton belə bir addım atmasına səbəb Avropanın NATO öhdəlikləri çərçivəsində öz hərbi xərclərini, beləliklə də, müdafiə qabiliyyətini artırmasıdır",– qəzetin müsahibləri söyləyiblər. ABŞ-nin adları çəkilən Şərqi Avropa ölkələrindən hansı sayda əsgərini çıxaracağı isə hələlik məlum deyil.
Xatırladaq ki, ötən günlərdə Rumıniyanın Müdafiə Nazirliyi ölkədəki ABŞ hərbi kontingentinin1700-dən təqribən 1000 əsgərəendirildiyini vurğulayıb. Nazir İonuț Moșteanu nun verdiyi məlumata əsasən, Vaşinqton Avropadakı qoşunlarının sayını azaltmaqla hazırda əsasən Hind-Sakit okeanı regionuna diqqət ayırır.
 Firudin Həmidli
  AzVision.az 
                        - Ночной Режим
 - Домашняя страница
 - Статистика
 - Источники
 - Рейтинг
 - Погода
 - Валюта