RU

Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsal edən yeni müəssisələr fəaliyyətə başlayacaq

Bakı. Trend:

Bu günə Ələt Azad İqtisadi Zonası üzrə 200 hektara yaxınərazimiz var. Bu ərazilərin əksər hissəsi, demək olar ki, 138hektar ərazi artıq investorlara təqdim edilib.

Trend xəbərverir ki, bunu Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) SəlahiyyətliQurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bu gün İstanbulSənaye Palatasının (İSO) Məclis üzvləri Bakıda keçirdikləri biznesgörüşləri çərçivəsində deyib.

O bildirib ki, yerdə qalan ərazilər üzrə də inşaat işləribir-iki həftəyə bitəcək və investorlara təqdim ediləcək:

"Hazırda 23 hektar ərazi günəş panelləri istehsal edən fabriklərüçün təqdim edilib. Günəş paneli istehsalı dedikdə 3 fabrikdənsonuncusu sırf bu məqsədlə istismar olunacaq. Digər 2 fabrikdə isəgünəş panellərinin istehsalında istifadə olunan silikon kristallarıvə digər məhsullar istehs olunacaq".

V. Ələsgərov vurğulayıb ki, bu günədək həmin ərazilərdə Çin,Hindistan, Rusiya, İsrail və Türkiyə şirkətləri qeydiyyatdakeçiblər:

"Onlardan 4-ü inşaat işləri aparır. Şirkətlərdən ikisi bu ilinsonunadək razılaşdırılmış məhsullarının istehsalına başlayacaq.Digər ikisi isə müvafiq işlərə başlayıb və növbəti illərdəməhsullarının təqdim ediləcəyi planlaşdırılır".

Məqalədə:
Избранный
16
1
az.trend.az

2Источники