RU

Qudalarına vəzifə verən Zaur Mikayılovun kadrı yenə 10 manatlıq şirkətlə anlaşdı

“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi torpaq məcralı Barmi kanalının (PK 12+00 – PK 24+00) – uzunluğu 1,2 km olan hissəsinin beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri ilə bağlı yeni layihə həyata keçirməyə hazırlaşır.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, layihənin icrası üçün “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 218.300 manat dəyərində müqavilənin imzalanması gözlənilir.

Qeyd edək ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun imzaladığı əmrə əsasən, Zakir Quliyev “Regional Su Meliorasiya Xidməti”nin rəisi vəzifəsinə təyin olunub.

“Azsur Group” MMC-nin qanuni təmsilçisi Rəşad İmanlı Yasəf oğludur və şirkətin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Sözügedən şirkət vergi borcu olanda da Regional Su Meliorasiya Xidməti ilə dəfələrlə tender müqaviləsi bağlayıb.

Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib.

Xatırladaq ki, mediada dəfələrlə ADSEA rəhbərliyində ailə-quda münasibətlərinə əsaslanan idarəçilik modeli barədə yazılar dərc olunub. Agentliyin sədri Zaur Mikayılov, aparat rəhbəri Fuad Quliyev və müşavir statusu daşısa da faktiki qərarverici şəxslərdən biri kimi göstərilən Əsəd Şirinovun adı bu iddialarda xüsusi hallanır.

Bir neçə gün öncə yayımlanan materiallarda  ADSEA “qudalar agentliyi” kimi təqdim olunmuş, qurumun yarıtmaz fəaliyyəti nəticəsində sel sularının daşması və ölkədə su qıtlığı ilə bağlı problemlərin artdığı qeyd edilmişdi. İndi isə həmin problemlərlə bağlı elan edilən tenderin qalibinin dövlətə borclu şirkət olması əlavə suallar doğurur.

Избранный
22
nocomment.az

1Источники