RU

Aleksandr Lukaşenkonun Afrika bazarına gözü düşüb

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Afrika bazarındakı mövqeyini gücləndirməyin vacibliyindən danışıb.

O, ənənəvi ixrac bazarlarının genişləndirilməli olduğunu, Belarus ixracının isə azalmağa başladığını bildirib: “Belarus üçün Afrika 30 il əvvəlki Çin kimidir – gələcəyin bazarıdır, burada biz fəal şəkildə nişlər axtarmalı və inkişaf etdirməliyik”. “Məhz orada ixracın şaxələndirilməsi potensialımız var”.

O bildirib ki, Afrika ölkələrinin ÜDM-in artım templəri qlobal orta göstəricini üstələyir – 2025-ci ildə 3%-ə qarşı 4%-dən çoxdur. Bundan əlavə, “Afrika dünyanın xammal anbarı adlandırıla bilər: “Bu, Afrikanı irəliləyə biləcəyimiz bir lokomotivə, bir əlaqəyə çevirir. Lakin bu, gedən qatarın sonuncu pilləkəni şəklində deyil, möhkəm yedək şəklində olmalıdır”, – deyə Lukaşenko xəbərdarlıq edib.

//Samir Qurbanov, Editor.az

Избранный
22
editor.az

1Источники