RU

Spaletti “Yuventus”un baş məşqçisi oldu - RƏSMİ

“Yuventus” klubu rəsmi saytında Luçano Spallettinin baş məşqçi təyin olunduğunu elan edib.

İdman.Biz bildirir ki, italyan məşqçinin müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Luçano Spallettinin son iş yeri 2023-cü ilin sentyabrından 2025-ci ilin iyun ayına qədər çalışdığı İtaliya milli komandası olub.

Bundan əvvəl o, “Napoli”, “İnter”, “Roma” və “Zenit”də çalışıb, “Napoli” klubu ilə çempion titulunu qazanıb.

İdman.Biz

Избранный
26
1
idman.biz

2Источники