RU

Bill Qeyts: “İqlim bəşəriyyəti məhv etməyəcək”

“Microsoft”un qurucusu Bill Qeyts bildirib ki, iqlim dəyişikliyi bəşəriyyətin sonu olmayacaq. O, bu sahəyə milyardlarla dollar sərmayə qoymasına baxmayaraq, əsas təhlükənin başqa mənbələrdən — nüvə müharibəsi, süni intellekt və bioloji silahlardan gəldiyini deyib.

QHT.az xəbər verir ki, alimlər hesab edirlər ki, nüvə müharibəsi sivilizasiyanı bir neçə saat ərzində məhv edə bilər. Hətta 100 nüvə başlığının istifadəsi belə qlobal qida sistemini çökdürər və milyardlarla insanın ölümünə səbəb olar. Bundan başqa, genetik mühəndislik və süni intellekt sahəsindəki irəliləyişlər bioloji silahların və ya təsadüfi laboratoriya sızmalarının bəşəriyyət üçün real təhlükəyə çevrilə biləcəyini göstərir.

Ekspertlər bildirirlər ki, iqlim dəyişikliyi özü birbaşa məhv səbəbi olmasa da, quraqlıq, daşqın və resurs çatışmazlığı vasitəsilə yeni münaqişələr və siyasi qeyri-sabitliklərə yol aça bilər.

Nəticə etibarilə, alimlər hesab edirlər ki, insanlıq iqlimdən əvvəl özünü məhv edə bilər — ya nüvə silahı, ya biotexnologiya, ya da idarəsiz süni intellekt vasitəsilə.

 

R.İmanov

Избранный
26
qht.az

1Источники