RU

Şəkidə sərnişin mikroavtobusu ağaca çırpıldı

ain.az bildirir, Axar.az portalına istinadən.

Şəkidə sərnişin daşıyan mikroavtobus ağaca çırpılıb, xəsarət alan var.

Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə Şəki-Baş Zəyzid avtomobil yolunun Orta Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayon sakini, 35 yaşlı Famil Məmmədovun idarə etdiyi "Mersedes" markalı sərnişin daşıyan mikroavtobus idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb.

Əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Sürücü xilas edilərək həkim briqadasına təhvil verilib və Şəki xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qəza zamanı mikroavtobusda sərnişin olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
12
axar.az

10Источники