AZ

Şəkidə avtomobil ağaca çırpılıb, 1 nəfər yaralanıb

Şəki, 30 oktyabr, AZƏRTAC

Şəki rayonunun Orta Zəyzid kəndi ərazisində 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, rayon sakini 35 yaşlı Famil Məmmədovun idarə etdiyi "Mercedes" markalı sərnişin daşıyan mikroavtobus idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücünü sükan arxasından çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Sürücü xilas edilərək Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, mikroavtobusda sərnişin olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
5
11
azertag.az

10Mənbələr