RU

Alt İşçi Qrupunun Tədbirlər Planı və maliyyə təklifləri 1 noyabradək təqdim olunacaq - Taleh Kazımov

Bakı. Trend:

Mərkəzi Bankda 2025-ci il oktyabr ayının 30-da “AzərbaycanRespublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişafStrategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-iqtisadidayanıqlılıq” üzrə alt İşçi Qrupun dördüncü iclası keçirilib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbərverir.

Mərkəzi Bankın sədri, alt İşçi Qrupun rəhbəri Taleh Kazımovgörüşdə çıxış edərək makroiqtisadi dayanıqlılıq istiqaməti üzrəTədbirlər Planının yekun versiyasının hazırlanması istiqamətindəgörülən işləri müsbət qiymətləndirib. O, Tədbirlər PlanınınNazirlər Kabinetinin 18 iyun 2025-ci il tarixli, 356s nömrəliSərəncamı ilə müəyyən olunmuş müddət ərzində əhatəli və təkmilhazırlanmasında alt İşçi Qrup üzvləri arasında səmərəli əməkdaşlıq,qarşılıqlı koordinasiya və məsuliyyətli yanaşmanı xüsusivurğulayıb.

Ümumilikdə, Taleh Kazımov beynəlxalq təcrübə və yerlixüsusiyyətlər nəzərə alınmaqla təklif olunan tədbirlərin ölkədəmakroiqtisadi dayanıqlılığın gücləndirilməsi, maliyyə sabitliyinindaha da artırılması, həmçinin maliyyə sektorunun iqtisadi artımdarolunun genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Taleh Kazımov bildirib ki, 356s nömrəli Sərəncamın 6.5-cibəndini rəhbər tutaraq “Makroiqtisadi dayanıqlılıq” üzrə alt İşçiQrupun Tədbirlər Planı layihəsi, eləcə də tədbirlərin icrası iləbağlı maliyyə ehtiyaclarına (maliyyə tələbatı) dair təkliflər 1noyabr tarixinədək İşçi Qrupun rəhbərinə - Komissiya sədrininmüavininə təqdim ediləcək.

Görüşdə iştirak edən dövlət qurumlarının nümayəndələri də altİşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirərək görülən işlərineffektiv koordinasiya şəraitində aparılmasını və keçirilmişmüzakirələrin və fikir mübadiləsinin faydalı olduğunu vurğuladılar.Onlar qəbul ediləcək Tədbirlər Planının ölkənin uzunmüddətliiqtisadi sabitliyinə və institusional inkişafına mühüm töhfəverəcəyini qeyd ediblər.

Qeyd edək ki, “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt İşçi QrupuAzərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II DövlətProqramı”nın hazırlanması barədə sənədin icrasının təmin olunmasıməqsədilə Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli, 356snömrəli Sərəncamına əsasən yaradılıb.

Избранный
34
9
az.trend.az

10Источники