Qətərin baş naziri bəyan edib ki, Doha hazırda ABŞ və İran arasında birbaşa əlaqələrin qurulması üzərində işləyir.
Musavat.com xəbər verir ki, məqsəd – nüvə danışıqlarını yenidən düzgün istiqamətə qaytarmaqdır.
“Biz ABŞ və İran arasında təmasların bərpası üzərində çalışırıq. Onlarla aparılacaq ciddi danışıqlar hər kəs üçün daha yaxşı razılaşmaya gətirib çıxara bilər,” – deyə Qətər hökumət başçısı bildirib.
Ekspertlərə görə, bu bəyanat Fars körfəzində diplomatik fəallığın artması və Tehran–Vaşinqton münasibətlərində yeni kompromis imkanlarının yaranması anlamına gəlir.
Musavat.com
 
                        