EN

Qətər: ABŞ və İran arasında vasitəçilik edirik – danışıqlar bərpa oluna bilər

Qətərin baş naziri bəyan edib ki, Doha hazırda ABŞ və İran arasında birbaşa əlaqələrin qurulması üzərində işləyir.

Musavat.com xəbər verir ki, məqsəd – nüvə danışıqlarını yenidən düzgün istiqamətə qaytarmaqdır.

“Biz ABŞ və İran arasında təmasların bərpası üzərində çalışırıq. Onlarla aparılacaq ciddi danışıqlar hər kəs üçün daha yaxşı razılaşmaya gətirib çıxara bilər,” – deyə Qətər hökumət başçısı bildirib.

Ekspertlərə görə, bu bəyanat Fars körfəzində diplomatik fəallığın artması və Tehran–Vaşinqton münasibətlərində yeni kompromis imkanlarının yaranması anlamına gəlir.

Musavat.com

Chosen
22
musavat.com

1Sources