RU

“Qarabağ”a rəqib olan “İmişli”nin paylaşımı güldürdü - VİDEO

Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” klubunun paylaşımı maraqla qarşılanıb.

"Cebheinfo.az” xəbər verir ki, klub rəsmi instaqram hesabında özləri ilə bağlı sarkazmlı video paylaşıb.

Paylaşımda iki foto yer alıb. Pələng şəklinin qarşısına “Qələbədən sonra növbəti oyuna hazırlaşan biz”, eyni rənglərdə olan biskvit fotosunun qarşısına isə “Rəqibimizin “Qarabağ” olduğunu yadımıza salanda”, - sözləri yazılıb.

Bu da sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunun gülməli olduğunu, digərləri isə klubun özünə hörmətsizlik etdiyini bildiriblər.

Qeyd edək ki, “İmişli” Premyer Liqanın 10-cu turunda “Qarabağ”ı qonaq edəcək. Görüş 31 oktyabr saat 14:00-da Quba OİK-də baş tutacaq.

Sözügedən paylaşımı təqdim edirik:

"Cebheinfo.az”

Избранный
7
4
cebheinfo.az

5Источники