RU

İtkin şəhid Fikrət Əzizovun qalıqları Qaradağ rayonunda dəfn edilib

Bakı. Trend:

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Fikrət Abbas oğluƏzizov oktyabrın 30-da paytaxtın Qaradağ rayonunda yerləşən "SofiHəmid Piri" qəbiristanlığında dəfn olunub.

Trend xəbərverir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Qaradağ Rayon İcraHakimiyyətinin nümayəndələri, Müdafiə, Daxili İşlər nazirliklərininəməkdaşları, Milli Məclisin deputatları, müharibə veteranları,şəhid ailələri və sakinlər iştirak ediblər.

İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə DövlətHimnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhunadualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələridüzülüb.

Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidinyaxınlarına təqdim olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Fikrət Əzizov1961-ci il yanvarın 13-də paytaxtın Qaradağ rayonunun Qobustanqəsəbəsində anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalıistiqamətində gedən döyüşlərdə itkin düşüb.

Fikrət Əzizov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesabedilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan dördşəhiddən biridir.

Məqalədə:
Избранный
11
4
az.trend.az

10Источники