Bakı. Trend:
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Elçin Balaxan oğluQuliyev oktyabrın 30-da paytaxtın Suraxanı rayonu ərazisindəyerləşən “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanındadəfn olunub.
Trend xəbərverir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxiliİşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, Suraxanı Rayonİcra Hakimiyyətinin nümayəndələri, müharibə veteranları, şəhidailələri və sakinlər iştirak ediblər.
İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə DövlətHimninin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualaroxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.
Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidinyaxınlarına təqdim olunub.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Elçin Quliyev1965-ci il oktyabrın 15-də anadan olub. O, 1992-ci ildə Qarabağuğrunda gedən döyüşlərdə itkin düşüb. Elçin Quliyev Birinci Qarabağmüharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətimüəyyənləşdirilərək bu gün dəfn olunan dörd şəhiddən biridir.