RU

Xınalıq və Qrızda 10 santimetrə qədər qar yağıb - 3 dərəcə ŞAXTA VAR

Oktyabrın 30-da Quba və Qusarın dağlıq ərazilərinə bu ilin ilk güclü qarı yağıb.

Far.Az xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən Azərtac-a bildirilib.

Qeyd olunub ki, ən çox qar Qubanın Qrız və Xınalıq kəndlərinə yağıb. Qrız kəndində qarın hündürlüyü 10, Xınalıqda 9 santimetrə çatır. Qusarın Ləzə kəndində isə 3 santimetr qar qeydə alınıb.

Qarın yağması ilə əlaqədar temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.

Избранный
19
10
far.az

10Источники