AZ

Qubada və Qusarda bu ilin ilk güclü qarı yağdı

Oktyabrın 30-da Quba və Qusarın dağlıq ərazilərinə bu ilin ilk güclü qarı yağıb.

Doğru.az xəbər verir ki, Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzinin məlumatına görə, ən çox qar Qubanın Qrız və Xınalıq kəndlərinə yağıb. Qrız kəndində qarın hündürlüyü 10, Xınalıqda isə 9 santimetrə çatıb.

Qusarın Ləzə kəndində isə 3 santimetr qalınlığında qar örtüyü müşahidə olunub. Qarın yağması ilə əlaqədar bölgədə havanın temperaturu mənfi 3 dərəcəyədək aşağı düşüb.

DOĞRU.AZ

Seçilən
11
10
dogru.az

10Mənbələr