RU

Agentlik rəsmisi: Pasiyentlər həkimi və xidməti qiymətləndirə biləcək

BAKI, 30 oktyabr. TELEQRAF

“e-Təbib” mobil tətbiqində pasiyentlər həkimi və xidməti qiymətləndirə biləcək.

Bunu Teleqraf-a açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik)marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Salahova 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex 2025"də deyib.

Onun bildirib ki, bu tətbiq agentliyin rəqəmsal səhiyyə sahəsində həyata keçirdiyi ən mühüm layihələrdən biridir və hər il yeni funksiyalarla təkmilləşdirilir.

"Bu il təqdim etdiyimiz yenilik ondan ibarətdir ki, vətəndaşlar artıq icbari tibbi sığorta çərçivəsində tibbi xidmət aldıqdan sonra həmin xidmətin keyfiyyətini qiymətləndirə biləcəklər. Yəni, vətəndaş mobil tətbiq vasitəsilə aldığı xidmətin səviyyəsini, həkimin fəaliyyətini və tibbi müəssisənin işini dəyərləndirə biləcək", o əlavə edib.

P. Salahova qeyd edib ki, bu imkan agentliyə vətəndaşların fikirlərini daha yaxından öyrənməyə və onların məmnunluğuna əsaslanaraq tibbi xidmətlərin keyfiyyətini artırmaq üçün konkret addımlar atmağa şərait yaradacaq.

Избранный
36
teleqraf.com

1Источники