RU

"ABŞ və Rusiya nüvə silahlarının azaldılması ilə bağlı danışıqlar aparır" - Tramp

ABŞ və Rusiya nüvə silahlarının azaldılması məsələsi üzrə danışıqlar aparır.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

“De-eskalasiya və denuklearizasiya çox gözəl bir şey olardı. Əslində biz bu barədə Rusiya ilə danışırıq. Əgər nəsə edə bilsək, bu prosesə Çin də qoşulacaq”, - deyə Tramp bildirib.

Bundan əvvəl Donald Tramp Pentaqona dərhal nüvə sınaqlarına başlamaq göstərişi vermişdi. O, bu qərarı “digər nüvə dövlətlərinin addımları” ilə əsaslandırmışdı. Qərar Rusiya Prezidenti Vladimir Putinin “Burevestnik” raketinin sınağı barədə açıqlamasından sonra qəbul olunub.

Qeyd edək ki, ABŞ 1992-ci ildən bəri nüvə sınaqları keçirməyib.

Nuriyyə NATİQQIZI

Избранный
12
1
redaktor.az

2Источники