RU

Hərbi xidmət müddətinin azaldılmasına baxacaqlar - Ermənistanda

Ermənistanda məcburi hərbi xidmətin müddətinin azaldılması ilə bağlı qanun layihəsi hökumətin gündəliyinə daxil edilib.

“Hakimiyyet.az ” xəbər verir ki, layihədə sıravi əsgərlər üçün hazırda qüvvədə olan 24 aylıq xidmət müddətinin 2025-ci ilin qış çağırışından etibarən 18 aya endirilməsi təklif olunur.

Yerli media yazır ki, bu dəyişiklik 2027-ci ilin ikinci yarısından etibarən hərbi xidmətin təşkilinə çəkilən xərcləri azaldacaq. Belə ki, 2025-ci ilin qış çağırışına daxil olan və 2026-cı ilin yanvarında xidmətə başlayan əsgərlərin 18 aylıq müddəti 2027-ci ilin iyulunda başa çatacaq.(qafqazinfo)

Избранный
14
48
hakimiyyet.az

10Источники