AZ

Ermənistanda peşəkar orduya keçid - Sərhəd kəndlərinin sakinləri silahlandırılır

Hurriyyet.az xəbər verir ki, Ermənistan hökuməti orduda xidmət müddətinin azaldılması barəsində layihəni təsdiqləyib. Bugünkü iclasda qəbul edilən qərara görə, orduda icbari xidmətin müddəti 24 aydan 18 aya endirilir. Erməni mətbuatının yazdığına görə, "Hərbi xidmət və hərbçinin statusu barəsində" qanuna düzəlişlərlə bağlı sənəd dərhal Ermənistan parlamentinə göndəriləcək.

Ermənistanın müdafiə nazirinin müavini Arman Sarkisyan qanun layihəsini təqdim edərkən qış çağırışının 2026-ci il yanvarın 7-dən başlanacağını dəqiqləşdirib. 18 aylıq müddət həmin tarixə qədərki çağırışçılara şamil edilməyəcək.

Təşəbbüs hökumətin 2021-2026-cı illər üçün proqramı çərçivəsində həyata keçirilir. Həmin proqramda müqaviləli hərbçilərin sayının artırılması hesabına xidmət müddətinin azaldılması nəzərdə tutulub.

Müqavilə ilə xidmət edən hərbçilərin sayının artımı "Vətənin müdafiəçisi" proqramının reallaşdırılması hesabına təmin edilir. Həmin proqramda sosial və maliyyə güzəştlərinin saxlanılması ilə müddətli xidmətdən müqavilə xidmətinə keçid nəzərdə tutulur. Sərhəd kəndləri sakinlərinin cəlb edilməsi və peşəkar çavuşların məzun olması sayəsində müqavilə ilə xidmət edənlərin sayı artıb. Nazir müavini bu proqram üzrə 4 220 nəfərin müqavilə xidmətinə cəlb edildiyini bildirib.

Hürr Tərcüman

 

Seçilən
26
48
hurriyyet.az

10Mənbələr