“Qarabağ” – “Çelsi” oyununa satılan bilet sayı bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, görüşü 22 min 500 bilet satılıb.
Biletlər məhdud sayda qalıb.
🏟️ “Qarabağ” – “Çelsi” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
🎟️ Standart biletlərin qiyməti:
10, 15, 25, 35, 40, 50, 75 AZN
📌 VIP sektorlar: 200, 250, 300 və 400 AZN
📌 VVIP sektorlar: 1000 AZN
⚠️ Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
ℹ️ Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.
Qeyd: Stadionun qapıları azarkeşlər üçün oyunun start fitindən 120 dəqiqə əvvəl açılacaq.