Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununun biletləri satışa çıxıb.
Redaktor.az xəbər verir ki, bu saatadək 22500 bilet satılıb.
Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.
Xatırladaq ki, satışa saat 15:00-da start verilib.