RU

Ukraynadan daha 12 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib

Ukraynanın Sumı vilayətindən olan yeni bir qrup – 12 uşaq reabilitasiya proqramı çərçivəsində Azərbaycana gəlib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev "X" hesabında paylaşım edib.

O qeyd edib ki, təşəbbüs Ukraynanın xarici işlər nazirinin müavini Andrii Sybiha tərəfindən irəli sürülüb.

Səfir bildirib ki, indiyədək, o cümlədən bu il 215 nəfər olmaqla, ümumilikdə, 459 ukraynalı uşaq Azərbaycanda qayğı və sülh tapıb.

“Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq", - Husyev vurğulayıb.

“Cebheinfo.az”

Избранный
8
6
cebheinfo.az

10Источники