AZ

Ukraynadan daha 12 uşaq reabilitasiya üçün Azərbaycana gətirildi

Ukraynanın Sumı vilayətindən olan yeni bir qrup – 12 uşaq reabilitasiya proqramı çərçivəsində Azərbaycana gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev "X" hesabında paylaşım edib.

    O qeyd edib ki, təşəbbüs Ukraynanın xarici işlər nazirinin müavini Andrii Sybiha tərəfindən irəli sürülüb.

    Səfir bildirib ki, indiyədək, o cümlədən bu il 215 nəfər olmaqla, ümumilikdə, 459 ukraynalı uşaq Azərbaycanda qayğı və sülh tapıb.

    “Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq", - Husyev vurğulayıb.

    Seçilən
    10
    6
    bakivaxti.az

    10Mənbələr