RU

Saatlı Rayon Mərkəzi Xəstəxanasında 43,7 min manatlıq təmir və xidmət işləri

“Saatlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin balansında olan tibbi və qeyri-tibbi inventarların səmərəli işləməsi üçün planlı təmir xidmətləri və tüstü bacalarının təmizlənməsi üçün satınalma proseduru keçirilir.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, işlər çərçivəsində təhlükəsizlik sistemləri, kondisionerlərin freon dövriyyə sistemlərinin və kompressor bloklarının təmiri, fan motorlarının dəyişimi, soyuducu şkafların motor və filtr dəyişiklikləri, termostatların yenilənməsi kimi xidmətlər yerinə yetiriləcək.

Satınalmanın ehtimal olunan dəyəri 43.766,20 AZN təşkil edir.

Избранный
35
nocomment.az

1Источники