Bakı. Trend:
Alimlər arteriyaları sərt olan yaşlı insanlarda beyin sinirhüceyrələrinin zədələnməsinin daha tez-tez baş verdiyinimüəyyənləşdirib.
Trend xəbər verirki, bu haqda tədqiqatın nəticələri Alzheimer's & Dementia (A&D)jurnalında dərc olunub.
Tədqiqatda yaddaş və ya düşüncə problemlərindən şikayət etməyən570 yaşlı insan iştirak edib. Alimlər damarların vəziyyətininbeynin zədələnməsinin ilkin əlamətlərinə və idrak funksiyalarınanecə təsir etdiyini anlamağa çalışıblar.
Xüsusi diqqət neyrofilamentin yüngül zəncirli zülalına (NfL)yönəldilib. Bu zülal az miqdarda bütün insanların qanında mövcuddurvə onun səviyyəsi yaş artdıqca təbii şəkildə yüksəlir. Lakin NfLgöstəricisinin həddindən artıq yüksək olması sinir hüceyrələrininməhvinə və sinir liflərinin zədələnməsindən xəbər verir.