RU

Səhiyyə Nazirliyindən təzyiq dərmanları ilə bağlı XƏBƏRDARLIQ

“İnsanlar elə düşünür ki, nə vaxt təzyiqim yuxarı oldu, onda təzyiqə qarşı dərman qəbul etməliyəm. Amma yüksək qan təzyiqinə qarşı (antihipertenziv) dərmanlar hər gün qəbul olunmalıdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin instaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyinin İnsult Xidməti Layihəsinin rəhbəri, nevroloq Pərvin Allahyarova bildirib. 

Həkim qeyd edib ki, qabaqlayıcı tədbirlər əvvəlcədən görülməlidir: 

“Təzyiq qalxandan sonra dərman qəbul etmək gecikmiş tədbirdir, çünki dərman təsir göstərəndə müəyyən vaxt keçir, bu müddətdə isə insan yüksək risk altında olur. Buna görə də arterial hipertenziyanın adekvat müalicəsi mütləq şəkildə aparılmalıdır ki, insult ehtimalı azalsın”. 

Избранный
7
1
cebheinfo.az

2Источники