RU

Azərbaycanda dövlət borcunun həcmi açıqlandı

2025-ci il 01 oktyabr tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 25.365,1 milyon manat və ya 2025-ci il üzrə 129.865,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 19,5 faizini təşkil etmişdir. Ümumi dövlət borcunun 8.318,3 milyon manatı (4.893,1 milyon ABŞ dolları) və ya 32,8 faizi xarici dövlət borcunun, 17.046,8 milyon manatı və ya 67,2 faizi daxili dövlət borcunun payına düşür.

Избранный
18
teleqraf.com

1Источники