RU

ATU və Malayziyanın MAHSA Universiteti arasında online görüş keçirilib


Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Malayziyanın MAHSA Universitetinin rəhbərliyi ilə online formatda görüş keçirib.

ATU-dan APA-ya verilən xəbərə görə, görüş Azərbaycan Respublikasının Malayziyadakı səfirliyinin dəstəyi ilə baş tutub.


Görüş zamanı iki ali təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub. Hər iki universitetin rəhbərləri öz təmsil etdikləri ali məktəblər haqqında ətraflı məlumat verib və gələcəkdə birgə elmi-tədqiqat layihələrinin, tələbə və müəllim mübadiləsinin, həmçinin digər akademik fəaliyyətlərin həyata keçirilməsi istiqamətində əməkdaşlıq perspektivlərini dəyərləndiriblər.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxışında universitetin tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçdiyini, hazırda xarici tələbələrin sayına görə ölkədə birinci yerdə olduğunu və bu sahədə əldə olunan uğurların Azərbaycan tibb təhsilinin beynəlxalq səviyyədə tanınmasına xidmət etdiyini vurğulayıb. Rektor qeyd edib ki, belə görüşlər ali təhsil müəssisələri arasında akademik əməkdaşlığın genişlənməsi, elmi biliklərin mübadiləsi və tələbələr üçün yeni təcrübə imkanlarının formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. O, bu istiqamətdə əməkdaşlığın davamlı və səmərəli olacağına inamını və universitetlər arasında anlaşma memorandumunun imzalanmasının səmərəli olacağını qeyd edib.

MAHSA Universitetinin qurucusu Senator professor Tan Sri Dr. Hj. Mohamed Haniffa isə çıxışı zamanı bildirib ki, 2004-cü ildə Malayziyanın paytaxtı Kuala-Lumpurda əsası qoyulan MAHSA Universiteti (Malaysian Allied Health Sciences Academy) dünyanın ən nüfuzlu təhsil ocaqlarından biridir. O qeyd edib ki, universitet “Quacquarelli Symonds (QS)” Agentliyinin beynəlxalq reytinq cədvəlində yer alır və 97 proqram üzrə bakalavr, magistratura və doktorantura pillələrində kadr hazırlığı aparır. Hazırda universitetdə Müalicə işi, Stomatologiya, Tibb bacısı işi, Əczaçılıq, Sağlamlıq elmləri və Biologiya kimi fakültələr fəaliyyət göstərir. MAHSA Universitetində hal-hazırda 75 ölkədən olan tələbələr təhsil alır. Professor Tan Sri Dr. Hj. Mohamed Haniffa anlaşma memorandumunun imzalanması ideyasını tam dəstəklədiyini ifadə edib.

Görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Orxan İsayev, Azərbaycan Respublikasının Malayziyadakı səfirinin müşaviri Sərxan İsmayılov, birinci katibi Şəbnəm Kərimova, Mahsa Universitetindən Dato' Dr. Shahril Bin Prof. Tan Sri Datuk Dr. Haji Mohamed Haniffa iştirak ediblər.

ATU ATU ATU
Избранный
31
3
apa.az

4Источники