RU

KOB klasterin iştirakçısı olmaq istəyən KOB subyektlərinin nəzərinə!

Bakı. Trend:

2024-cü və 2025-ci illərdə yaradılmış iki KOB klaster şirkətindəümumilikdə 20-dən çox KOB subyekti birləşəcək. Bu KOB subyektləritəbii meyvə konsentratı və nəqliyyat vasitələrinin mühərrikləriüçün sürtkü yağı istehsal edəcək KOB klaster şirkətlərini müxtəlifmal və xidmətlərlə təmin edəcək.

Trend xəbərverir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyininməlumatında qeyd olunub.

Bildirilib ki, mövcud və gələcəkdə yaradılacaq KOB klasterşirkətlərinin iştirakçısı olmaq istəyən KOB subyektləri müvafiqşirkətlərə, eləcə də əlaqələndirmə dəstəyi üçün Kiçik və OrtaBiznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər([email protected] elektron poçtünvanına və ya https://smb.gov.az/az/contact-form/aze-citizenrəsmi internet səhifəsi üzərindən birbaşa).

Qeyd edək ki, KOB klasterinin iştirakçısı olan sahibkarların 7il müddətinə KOB klaster şirkətinə təqdim etdiyi mal mənfəət və yagəlir vergisindən tam azad olunur. “KOB klaster şirkətişəhadətnaməsi” almış sahibkar isə 7 il müddətinə mənfəət və yagəlir vergisindən, torpaq və əmlak vergisindən, müvafiq təsdiqedicisənəd əsasında layihə çərçivəsində xaricdən idxal etdiyi texnika,texnoloji avadanlıq və qurğular üzrə ƏDV-dən tam azad olunur.

KOB klaster - eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində,müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini,vahid bazarı və xidmətləri bölüşən, qarşılıqlı iqtisadimünasibətlər quraraq əlaqəli, bir-birini tamamlayan və birgəfəaliyyət göstərən KOB klaster şirkəti və KOB klasteriştirakçılarının məcmusudur. KOB klasterinin iştirakçısı isə KOBklasterində fəaliyyət göstərmək üçün KOB klaster şirkəti iləmüqavilə bağlamış, mikro, kiçik və orta sahibkarlıq subyekti olanvə KOBİA tərəfindən KOB klasterinin iştirakçısı şəhadətnaməsiverilmiş hüquqi və ya fiziki şəxslərdir. KOB klasterin iştirakçısıazı 10 mikro, kiçik və ya orta sahibkarlıq subyektindən ibarətolduğu üçün bu mexanizm iqtisadiyyatın müxtəlif sektorları üzrəKOB-ları bir araya gətirməklə onlar arasında əlaqə yaradır.

KOB klasterin yaradılmasına dövlət dəstəyi, o cümlədəngüzəştlər, KOB klaster şirkəti şəhadətnaməsini almaq üçün lazımolan sənədlər barədə məlumatı KOBİA-nın saytından (https://smb.gov.az/az/nav/kob-klaster)və ya 131 Çağrı Mərkəzindən öyrənmək olar.

Məqalədə:
Избранный
21
14
az.trend.az

10Источники