RU

Füzulidə şirkətin əmlakını mənimsəyən bağbana elektron qolbaq taxıldı

Füzuli Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Yusif Bəşirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.


İttihama görə, Yusif Bəşirov “Azərşəkər” MMC-nin törəmə müəssisəsi olmaqla Füzuli rayonu, Qayıdış-5 qəsəbəsi ərazisində yerləşən Füzuli Aqroparkını idarə edən MMC-lərdən birində bağban vəzifəsində çalışıb. O, şirkətin 50 top damlama borusunu 2024-cü ilin dekabr ayı ərzində ayrı-ayrı vaxtlarda axşam saatlarında istifadəsində olan “Mercedes” markalı avtomobillə bir neçə dəfə gizli şəkildə apararaq evin həyətinə gətirib. Sonra 2025-ci ilin yanvar ayının əvvəllərində təqsirləndirilən şəxs həmin boruları Xaçmaz rayonundan olan cinayətin törədilməsindən məlumatsız olan şəxslərə satıb.


Beləliklə, Yusif şirkətin ümumilikdə 13 039 manat dəyərində əmlakını talayaraq mənimsəyib.

 

Kamal Məmmədov 

Tarix: 29 Oktyabr 2025, 08:37   
Избранный
31
pravda.az

1Источники