RU

Qadının saçlarını keçəl edib görüntüsünü yayan əri saxlanıldı - FOTO

Sosial şəbəkələrdə bir kişinin qadına şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb.

Həmin görüntülərlə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Bizim.Media-ya bildirib ki, oktyabrın 28-də gecə saatlarında bir qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub:

“Əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub”.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bizim.Media

Избранный
27
10
bizim.media

10Источники