RU

Bu ölkədə valideynlər üçün vergilər azaldılır

Malta iki və daha çox uşağı olan valideynlər üçün vergilərin azaldılacağını elan edib.

Ölkə.az "Reuters"ə istinadla xəbər verir ki, bu, hökumətin demoqrafik azalmaya qarşı mübarizə səylərinin bir hissəsidir.

Maliyyə naziri Klayd Karuana parlamentdə bildirib ki, Aralıq dənizi adasının yerli əhalisi arasında son dərəcə aşağı doğum səviyyəsi ölkənin qarşısında duran ən böyük çağırışdır.

“Biz daha çox ailənin ən azı iki uşaq sahibi olmasını təşviq etməliyik,” – deyə Karuana 2026-cı il üçün Maltanın büdcəsini təqdim edərkən söyləyib.

Bildirilir ki, 2026-cı ildən iki və daha çox uşağı olan valideynlər hər bir valideyn üçün ilk 18 500 avro gəlirə vergi ödəməyəcəklər. 2028-ci ilə qədər bu məbləğ 30 000 avroya çatacaq. Vergi güzəşti uşaqlar 23 yaşına çatana qədər tətbiq olunacaq.

Avropa İttifaqının statistik agentliyi "Eurostat"ın bu il açıqladığı hesabatına görə, 2023-cü ildə Malta Avropa İttifaqında ən aşağı doğum səviyyəsinə malik olub

Həmidə İbrahimova

Избранный
76
1
olke.az

2Источники