RU

Şəhid ailələrinin üzvləri və əlilliyi olan şəxslərdən ibarət daha 67 nəfər sanatoriya-kurort mərkəzinə yola salınıb - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən daha 67 nəfər yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort mərkəzinə göndərilib.

QHT.az xəbər verir ki, onlar şəhid ailəsi üzvləri və əlilliyi müəyyən edilmiş şəxslərdir. Əlilliyi olan uşaqlar valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.

Yollayışla təmin olunanlar “Duzdağ Estate” sanatoriyasında bərpa-müalicə kursu keçəcəklər.

Sosial Xidmətlər Agentliyi tərəfindən postmüharibə dövründə 1200 nəfəri şəhid ailələrinin üzvləri olan 14 min imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.

Избранный
13
5
qht.az

6Источники