AZ

Şəhid ailələrinin üzvlərindən və əlilərdən ibarət daha 67 nəfər sanatoriya kurort mərkəzinə yola salınıb

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 28 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən daha 67 nəfər yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort mərkəzinə göndərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlar şəhid ailəsi üzvləri və əlilliyi müəyyən edilmiş şəxslərdir. Əlilliyi olan uşaqlar valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.

Yollayışla təmin olunanlar “Duzdağ Estate” sanatoriyasında bərpa-müalicə kursu keçəcəklər.

Sosial Xidmətlər Agentliyi tərəfindən postmüharibə dövründə 1200 nəfəri şəhid ailələrinin üzvləri olan 14 min imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
5
azertag.az

6Mənbələr