RU

Xanım Paşazadənin “Duyğuların palitrasından rəngli misralara” adlı sərgi konserti təqdim olunub FOTO

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Beynəlxalq Muğam Mərkəzində gənc müğənni, rəssam və şairə Xanım Paşazadənin "Duyğuların palitrasından rəngli misralara" adlı sərgi-konserti təqdim olunub.Tədbir özündə rəng, söz və musiqinin harmoniyasını birləşdirən bədii axşam kimi yadda qalıb. Tamaşaçılar həm vizual sənətin, həm də poeziya və musiqinin bir araya gəldiyi duyğusal atmosferdə sənətkarın daxili aləminə səyahət ediblər.Sərgidə Xanım Paşazadənin müxtəlif üslub və texnikalarda işlədiyi rəsmləri, insan hisslərinin rənglərlə ifadəsini nümayiş etdirib. Onun poeziya nümunələri isə həyat, sevgi və sənət haqqında dərin düşüncələrini əks etdirərək tamaşaçılara emosional anlar yaşadıb. Axşamın musiqi hissəsində ifa olunan bəstəkar mahnıları auditoriyaya xüsusi zövq və ruh yüksəkliyi bəxş edib.Sərgi-konsert Xanım Paşazadənin çoxşaxəli yaradıcılığını, musiqi və təsviri sənət vasitəsilə duyğularını incəliklə ifadə etmək bacarığını nümayiş etdirib. Gecə boyu salonu bürüyən səmimiyyət və sənətə olan sevgi tədbiri daha da mənalı edib.Mərasim sonda tamaşaçıların alqışları və xoş təəssüratları ilə yekunlaşıb.İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
67
1
news.milli.az

2Источники