RU

Nazirlər Kabinetindən QƏRAR

Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması Qaydası təsdiqlənib.

 

Pravda.az-ın məlumatına görə, Nazirlər Kabineti bu barədə qərar verib.

 

Qiymətləndirmənin məqsədi Azərbaycan Respublikasının ərazisində minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanlarının (qurumlarının), hüquqi və fiziki şəxslərin (bundan sonra – dövlət orqanları və şəxslər) Qanuna, minatəmizləmə fəaliyyətinə dair tələblərə, standart əməliyyat prosedurlarına (SƏP) və mina əleyhinə beynəlxalq standartlara uyğun olaraq minatəmizləmə fəaliyyətini planlaşdırmaq, idarə etmək və həyata keçirmək imkanlarına malik olduğunu müəyyən etməkdir.

Dövlət orqanları və şəxslərin qiymətləndirilməsi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən həyata keçirilir.

 

Qiymətləndirmə Agentlik tərəfindən iki istiqamətdə aparılır:

- əməliyyat uyğunluğunun qiymətləndirilməsi;

- idarəetmə uyğunluğunun qiymətləndirilməsi (hüquqi və fiziki şəxslərə münasibətdə).

 

Agentlik tərəfindən dövlət orqanları və şəxslərin qiymətləndirilməsi zamanı uyğunsuzluq və çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş uyğunsuzluq və çatışmazlıqlar Qanunla müəyyən edilmiş müddətlərdə aradan qaldırıldıqda onların minatəmizləmə fəaliyyətini həyata keçirməyə uyğun olması barədə, uyğunsuzluq və çatışmazlıqlar aşkar edildikdə və Qanunla müəyyən edilmiş müddətlərdə aradan

qaldırılmadıqda isə səbəbləri göstərilməklə onların minatəmizləmə fəaliyyətini həyata keçirməyə uyğun olmaması barədə qərar qəbul edilir.

Tarix: 28 Oktyabr 2025, 17:22   
Избранный
39
1
pravda.az

2Источники