RU

Rusiya Ukraynanın itkilərini açıqladı - 1342-ci gün

AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 668 təyyarəsi, 283 helikopteri, 92 925 PUA-sı, 633 zenit-raket kompleksi, 25 710 tank və digər zirehli texnikası, 1 607 reaktiv yaylım atəş sistemi, 30 822 artilleriya və minaatanı, 45 045 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

AzVision.az



Избранный
34
45
azvision.az

10Источники