RU

"Lukoil" sanksiyalara görə beynəlxalq aktivlərini satmağa hazırlaşır

"Lukoil" sanksiyalara görə beynəlxalq aktivlərini satmağa hazırlaşır

"Lukoil" sanksiyalar səbəbindən beynəlxalq aktivlərini satmağı planlaşdırdığını açıqlayıb.

AFN.az xəbər verir ki, şirkətin açıqlamasında bildirilib: "PJSC Lukoil elan edir ki, bir sıra ölkələr tərəfindən şirkətə və onun törəmə şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi səbəbindən şirkət beynəlxalq aktivlərini satmaq niyyətindədir. Potensial alıcıların müraciətlərinə baxılmasına başlanılıb."

Aktivlərin satışı OFAC-ın ləğv lisenziyasına uyğun olaraq həyata keçirilir. Şirkət qeyd edib ki, zərurət yaranarsa, beynəlxalq aktivlərinin fasiləsiz işləməsini təmin etmək üçün lisenziyanın uzadılması üçün müraciət etməyi planlaşdırır.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi neft istehsalçıları "Rosneft" və "Lukoil" şirkətlərini, eləcə də bu şirkətlərin 34 törəmə şirkətini ABŞ-ın yeni sanksiya paketinə daxil edib.

Избранный
37
afn.az

1Источники