RU

“Neftçi”nin qapıçısının “get, peşman olmayacaqsan” dediyi əcnəbi kimdir?

“O, mənə Premyer Liqa barədə çox danışırdı”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in qapıçısı Kasper Rosa deyib.

O, ötən mövsüm “Motor”da “Neftçi”dən tanıdığımız İvan Brkiçlə çiyin-çiyinə çıxış edib, əsas heyətdə yer almaq uğrunda mübarizə aparıb.

Polyak kiper “Kəpəz”dən təklif alanda, xorvatiyalı həmkarıyla söhbət edib:

“Ötən il komandamıza İvan Brkiç gəlmişdi. Bilirdim ki, Azərbaycanda - “Neftçi”də oynayıb. İvan mənə Azərbaycanın gözəlliyindən bəhs edirdi, müsbət və mənfi məqamlar barədə məlumatlandırırdı.

“Kəpəz”dən təklif aldığını biləndə, “get, peşman olmayacaqsan” dedi. Bu mövzuda əsasən İvanla danışırdım”.

Избранный
45
sportinfo.az

1Источники